Psixoloq Rodriqo Diaz Karaso stress zamanı sakitləşməyin bir dəqiqəlik üsulunu tövsiyə edib
E-saglam.az xəbər verir ki, o, “Hola” nəşrinə açıqlamasında bunun beş sadə addımdan ibarət olduğunu bildirib.
Karasonun sözlərinə görə, öncə sakit bir yerdə oturmaq, çiyinləri boşaltmaq və bir əli sinə və ya qarnın üzərinə qoymaq lazımdır. Daha sonra 4 saniyə burundan nəfəs alıb, 2 saniyə saxlayaraq 6 saniyə ağızdan buraxmaq gərəkdir. Bu üsul parasimpatik sinir sistemini aktivləşdirərək bədənə rahatlıq gətirir.
Növbəti addımda sakitliklə bağlı bir məkanı – gün batımında çimərlik və ya dağ evini təsəvvür etmək tövsiyə olunur. Təsəvvür zamanı “Mən təhlükəsizəm” və ya “Mən sakitəm” kimi ifadələri təkrarlamaq lazımdır.
Psixoloq əlavə edib ki, bu məşq gündəlik həyatda stressin azaldılmasına kömək edir.
Tərcümə: Könül Oruc