Ana südü körpələr üçün ən qiymətli qida mənbəyidir. Döş nasosu ilə süd saxlamaq istəyən analar üçün isə gigiyena və düzgün saxlanma qaydaları böyük əhəmiyyət daşıyır.
E-saglam.az xəbər verir ki, südün toplanması zamanı bəzi qaydalara ciddi şəkildə əməl edilməlidir. Bu qaydalar aşağıdakılardır:
-
Süd əl, mexaniki və ya elektron döş nasosu ilə sağıla bilər.
-
Toplanan süd təmiz şüşə qabda və ya BPA-sız sərt plastik şüşələrdə saxlanmalıdır. Süd saxlama torbaları da istifadə edilə bilər.
-
Birdəfəlik plastik torbalar və ya şüşə astarları istifadəyə uyğun deyil.
-
Hər qabda tarix və saat qeyd olunmalı, həkimə veriləcəksə uşağın adı yazılmalıdır.
-
Hər istifadədən sonra döş nasosu yaxşıca təmizlənməlidir.
Saxlama qaydaları:
-
Süd tam donduqdan sonra qabın qapağı sıx bağlanmalıdır. Donma zamanı genişlənmə üçün qabda boşluq qalmalıdır.
-
Süd 2–4 unsiyalıq kiçik porsiyalarda saxlanarsa, sonradan istifadəsi rahat olar.
-
Soyuducuda (40°F / 4°C və aşağıda): 3 günə qədər.
-
Dondurucuda (32°F / 0°C və aşağıda): 3–4 ay.
-
Dərin dondurucuda (0°F / –18°C və aşağıda): 6 ay və daha uzun.
-
Süd həmişə soyuducunun arxa tərəfində saxlanmalıdır, qapıda yox.
Əritmə və istifadə
-
Ən əvvəl ən qədim tarixli süd istifadə olunmalıdır.
-
Süd otaq temperaturunda və ya soyuq halda verilə bilər, qızdırmaq məcburi deyil.
-
Dondurulmuş süd isti axar su altında əridilə bilər.
-
Mikrodalğalı sobada qızdırmaq qadağandır – həm qida maddələrinə zərər verir, həm də isti nöqtələr yanıqlara səbəb ola bilər.
-
Südü silkələmək olmaz; yalnız yavaşca fırladaraq qarışdırmaq lazımdır.
-
Ərimiş süd 24 saat ərzində istifadə edilməlidir, otaq temperaturunda qalan süd isə maksimum 1 saata içirilməlidir.
-
Qidalanmadan sonra şüşədə qalan süd atılmalıdır, çünki bakteriyalar onun tərkibini dəyişdirə bilər.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az