Səhiyyə Nazirliyinin məlumatına görə, prostat xərçəngi kişilərdə ağciyər xərçəngindən sonra ən çox rast gəlinən ikinci xərçəng növüdür.
E-saglam.az xəbər verir ki, İKÇÜ Atatürk Təhsil və Araşdırma Xəstəxanasının Urologiya şöbəsinin müdiri Prof. Dr. Yiğit Akın bildirib ki, hər 100 min kişidən 2-3 nəfərində bu xəstəlik aşkarlanır.
Mütəxəssis deyib ki, xəstəliyin səbəbləri tam bilinməsə də, genetik amillər, ətraf mühit faktorları və qidalanma vərdişləri əsas rol oynayır. Ailəsində prostat xərçəngi olan kişilərdə risk 4 dəfə daha yüksəkdir. Bu səbəbdən, həmin şəxslərə 40 yaşından, digər kişilərə isə 45 yaşından sonra hər il uroloji müayinədən keçmək tövsiyə olunur.
Prof. Akın prostat xərçənginin erkən mərhələdə əlamət vermədən irəliləyə biləcəyini vurğulayıb: “İldə bir dəfə uroloqa müraciət etmək, PSA testini yoxlatmaq vacibdir. Müntəzəm müayinələr həyat qurtara bilər”.
Onun sözlərinə görə, erkən mərhələdə ən təsirli müalicə üsulu cərrahi əməliyyatdır. Klinikalarında laparoskopik əməliyyatların uğurla aparıldığını qeyd edən Akın, indiyədək minlərlə xəstənin müalicə olunduğunu bildirib.
Mütəxəssis həmçinin 45 yaşdan yuxarı kişilərə sağlam qidalanma, az yağlı pəhriz, tərəvəzlərin çoxluğu və gündəlik 30 dəqiqəlik yüngül idmanla prostat xərçəngindən qorunmağı məsləhət görüb.
Tərcümə: Könül Oruc