Tibbi xəbərlər
Xərçəng xəstələrində illər əvvəl görülən
Tibbi xəbərlər
59

Xərçəng xəstələrində illər əvvəl görülən 2 ortaq əlamət

Alimlər bildirirlər ki, siqaret, spirtli içki və qeyri-sağlam qidalanma ilə yanaşı, ağır stress də xərçəng riskini yüksəldir.

E-saglam.az xəbər verir ki, ailə üzvünün itirilməsi, boşanma və ya qəza kimi travmatik hadisələr immunitet sistemini zəiflədir və şişlərin inkişafı üçün şərait yaradır.

Araşdırmalar göstərib ki, travmatik stress pozğunluğu əlamətləri olan insanlarda xərçəngə tutulma ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir. Xüsusilə baş, boyun və mədəaltı vəzi xərçəngi diaqnozu qoyulan xəstələrin böyük hissəsi diaqnozdan əvvəl ciddi stress yaşamışdır.

Mütəxəssislər xəbərdarlıq edir ki, stress yalnız xərçəng deyil, həm də ürək-damar xəstəlikləri riskini artırır. Onların sözlərinə görə, yüksək stress immun sistemini zəiflədir və bədənin təbii müdafiəsini sıradan çıxararaq xəstəliklərə yol aça bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun