Qidalanma
Faydalı olan qidalar da sağlamlığımıza zərər vura bilər:
Qidalanma
154

Faydalı olan qidalar da sağlamlığımıza zərər vura bilər: nələrə diqqət etmək lazımdır?

Bəzi qidalar normalda faydalı olsa da, düzgün şəkildə istifadə edilmədikdə sağlamlığa zərər verə bilər.

E-saglam.az faydalı qidaların səhv istifadəsi ilə bağlı bəzi nümunələri təqdim edir:

1. Bal – yüksək temperaturda zərərli ola bilər

Bal təbii antibiotik təsiri ilə tanınsa da, onu isti suya və ya bişmiş yeməyə qatmaq faydasını azaldır, hətta zərərli maddələrə çevrilməsinə səbəb ola bilər. Balı otaq temperaturunda istifadə etmək daha doğrudur.

2. Darçın – dərmanlarla qarşılıqlı təsirə girə bilər

Darçın qan şəkərini tənzimləyə bilər, amma yüksək dozada qəbul edilərsə, xüsusilə dərman istifadə edənlərdə onun təsirini azalda və ya artıraraq təhlükə yarada bilər. Xüsusən Çin darçını yüksək kumarin tərkibli olduğuna görə diqqətlə istifadə edilməlidir.

3. Tərəvəzlər – yanlış saxlama nitrata səbəb ola bilər

Xiyar, kahı, kələm kimi yaşıl tərəvəzlər düzgün saxlanılmadıqda və ya təbii şəraitdə deyil, süni gübrələrlə yetişdirildikdə yüksək nitrat tərkibli ola bilər. Bu da orqanizmə mənfi təsir edə bilər.

4. Süd məhsulları – həddindən artıq qəbul problemdir

Süd, pendir, qatıq kalsium mənbəyidir, lakin artıq miqdarda qəbul edildikdə böyrək yükünü artıra və bəzi insanlarda allergik reaksiyalar yarada bilər.

 

5. Meyvə – çox yemək şəkəri artırır

Meyvələr vitaminlə zəngin olsa da, çox miqdarda qəbul edildikdə tərkibindəki fruktoza qan şəkərini yüksəldə və qaraciyərdə yağlanma riski yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun