Faydalı
Gündüz yuxusundan maksimum faydanı
Faydalı
113

Gündüz yuxusundan maksimum faydanı necə əldə etmək olar?

Həkim Xorxe Anxel Eras gündüz yuxusunun faydalı olması üçün sadə, lakin vacib bir qaydanı xatırladır: yuxu 20 dəqiqədən çox olmamalıdır.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu müddət enerji səviyyəsini artırır, sirkadiyalı ritmləri pozmur və insanı yenilənmiş hiss etdirir.

Eras xəbərdarlıq edir ki, 20 dəqiqədən artıq davam edən gündüz yuxusu insanı dərin yuxu fazasına keçirə bilər. Bu mərhələdə oyanmaq isə halsızlıq, yorğunluq və əhval düşkünlüyü ilə nəticələnə bilər. Bu səbəbdən qısa yuxular daha səmərəlidir.

Bununla belə, həkim əlavə edir ki, istisna hallar da var. Məsələn, əgər insan gecə kifayət qədər yuxu almamışsa, gündüz yuxusunun müddəti bir qədər uzadıla bilər. Bu zaman da yuxudan dərhal sonra bədənə istirahət şansı vermək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun