Tibbi xəbərlər
Həkim hamiləlik zamanı
Tibbi xəbərlər
119

Həkim hamiləlik zamanı “ağıl zəifləməsi” mifini dağıtdı

SM-Clinic-in mama-ginekoloqu Viktoriya Fisyuk bildirib ki, hamiləlik dövründə qadınların unutqan və diqqətsiz olması zehni qabiliyyətlərin azalması ilə bağlı deyil.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, hamiləlik orqanizm üçün böyük yükdür, qadın həm hormonal dəyişikliklər, həm də artan məsuliyyət səbəbindən emosional gərginlik yaşayır. Bu, yaddaş və diqqətə təsir etsə də, intellektin zəifləməsi demək deyil.

“Ətrafdakılar bəzən hamilə qadını laqeyd və qəribə görürlər. Amma bu, beyində gedən fizioloji dəyişikliklərin nəticəsidir. Əksinə, qadınlar bu dövrdə yeni hobbilərə maraq göstərir, yaradıcı yönlərini inkişaf etdirirlər”, – deyə həkim vurğulayıb.

Fisyuk əlavə edib ki, hamilə qadınlara bu dövrdə daha çox anlayış göstərilməli, onlardan artıq idrak yükü tələb olunmamalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun