Qidalanma
Zəhərli göbələklər qaraciyər transplantasiyasına səbəb ola bilər -
Qidalanma
132

Zəhərli göbələklər qaraciyər transplantasiyasına səbəb ola bilər - Həkimdən xəbərdarlıq

Zəhərli göbələk yemək qaraciyərə ciddi zərər vuraraq transplantasiya zərurəti yarada bilər.

E-saglam.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Transplantologiya və Süni Orqanlar üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri, cərrah Artem Monaxov danışıb.

Onun sözlərinə görə, bəzi göbələklərin tərkibindəki toksinlər qaraciyərin fəaliyyətini pozur, nəticədə orqanizmdə zərərli maddələr toplanaraq sinir sisteminə təsir edir. Bu isə qaraciyər ensefalopatiyasına səbəb olur və özünü koqnitiv pozğunluqlar, psixi dəyişikliklər, zəiflik, titrəmə, koma və hətta ölüm riski ilə göstərə bilər.

Monaxov bildirib ki, ən ağır hallarda yeganə çıxış yolu təcili qaraciyər transplantasiyasıdır. Xəstənin həyatı üçün hər saat önəmli olduğundan belə hallarda təxirəsalınmaz olaraq transplantasiya mərkəzinə çatdırılma tələb olunur. Uşaqlarda isə çox vaxt qohum donorundan qismən qaraciyər köçürülməsi aparılır.

Mütəxəssis qeyd edib ki, bu cür hallar real təcrübədə rast gəlinir. O, ötən il Yekaterinburqdan olan bir qızın məhz donor qaraciyər köçürülməsi ilə xilas edildiyini xatırladıb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun