Faydalı
Dünyanın ən sağlam qidası açıqlanıb -
Faydalı
158

Dünyanın ən sağlam qidası açıqlanıb - Minlərlə qida arasından seçilib

Mütəxəssislər tərəfindən aparılan geniş araşdırmalar nəticəsində minlərlə qida arasında dünyanın ən sağlam qidası seçilib.

E-saglam.az xəbər verir ki, qiymətləndirmələr göstərib ki, vitamin və minerallarla zəngin olan şüyüd həm immunitet sistemini gücləndirir, həm də xroniki xəstəliklərə qarşı qoruyucu təsir göstərir.

Şüyüdün müntəzəm istifadəsi orqanizmi bir çox xəstəlikdən qoruyur, hüceyrələrin yenilənməsini dəstəkləyir və şəkərli diabet riskini azalda bilər.

Həzm dostu qida

Şüyüdün yarpaqları, toxumları və kökləri müxtəlif formada istifadə edilir. Xüsusilə toxumları həzm prosesinə kömək edir, qaz problemlərini aradan qaldırır, mədə kramplarını azaldır. Şüyüd çayı sakitləşdirici xüsusiyyətləri ilə seçilir, stressi azaldır, yuxu keyfiyyətini yaxşılaşdırır və sinir sistemini rahatladır.

İmmunitet üçün güclü dəstək

Tərkibindəki antioksidantlar sayəsində şüyüd bədəni sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Boğaz ağrısını yüngülləşdirir, öskürəyi azaldır və soyuqdəymə əlamətlərinin aradan qalxmasına kömək edir.

Vitamin və mineralların zəngin mənbəyi

Şüyüd toxumu dəmir, kalsium, maqnezium və kaliumla zəngindir. Bu elementlər sümük sağlamlığını gücləndirir, əzələ funksiyasını dəstəkləyir və maddələr mübadiləsini tənzimləyərək ümumi sağlamlığa müsbət təsir göstərir.

Mətbəxdə geniş istifadə

Şüyüd yalnız çay kimi deyil, həm də yeməklərə qatqı kimi geniş istifadə olunur. Xüsusilə balıq və tərəvəz yeməklərinə verdiyi xüsusi dad sağlamlıqla ləzzəti birləşdirir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun