Tibbi xəbərlər
Kor qadının dişini gözünə köçürdülər –
Tibbi xəbərlər
118

Kor qadının dişini gözünə köçürdülər – dünya tibbində nadir əməliyyat

Britaniyada 75 yaşlı Gail Lane görmə qabiliyyətini dişindən istifadə edilən unikal cərrahi əməliyyatla bərpa edib.

E-saglam.az xəbər verir ki, on il əvvəl otoimmün xəstəlik səbəbindən gözünün lensi zədələnən qadın uzun müddət tamamilə kor vəziyyətdə yaşayıb.

Həkimlər ona osteodontokeratoprotez (OOKP) adlı çoxmərhələli əməliyyat təklif ediblər. İlk mərhələdə Lanenin dişi çıxarılaraq xüsusi sancaq formasına salınıb, üstünə süni buynuz qişa yerləşdirilib və bu implant üç ay müddətinə yanaq toxumasına yerləşdirilib. Bu müddətdə qurğu ətrafında toxuma və damar şəbəkəsi formalaşıb.

Daha sonra ikinci mərhələdə həmin optik implant xəstənin gözünə köçürülüb. Bir neçə həftə ərzində qadının görməsi tədricən bərpa olunmağa başlayıb – əvvəlcə işığı, sonra hərəkəti və konturları görə bilib. Bu gün isə o, artıq insan simalarını və ətrafındakı obyektləri seçə bilir.

Əməliyyatı icra edən cərrah Greg Moloney bildirib ki, belə prosedurlar yalnız digər bütün müalicə üsulları nəticə vermədikdə həyata keçirilir. Onun sözlərinə görə, diş materialı bədənin rədd etmədiyi və implantı sabit saxlayan ən güclü strukturlardan biridir.

Bu hadisə tibbin nadir və təsirli uğurlarından biri kimi diqqət çəkib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun