Tibbi xəbərlər
HPV vaksini milli peyvənd təqviminə salınacaq? -
Tibbi xəbərlər
135

HPV vaksini milli peyvənd təqviminə salınacaq? - ÜST rəsmisindən cavab

HPV vaksini bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər.

E-saglam.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı brifinqdə Report-un sualını cavablandırarkən deyib.

O, HPV vaksini ilə bağlı 1 ildən çoxdur ki, ÜST və Səhiyyə Nazirliyi arasında müzakirə aparıldığını bildirib:

“Azərbaycan Səhiyyə Nazirliyi HPV vaksini ilə bağlı pozitiv fikirdərir. Təxminimə görə, bu vaksin bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər. Bunun üçün müəyyən maliyyə tələb edilir”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun