Tibbi xəbərlər
İldırım selfi çəkdirən 11 nəfəri öldürdü
Tibbi xəbərlər
67

İldırım selfi çəkdirən 11 nəfəri öldürdü

Hindistanın Racastxan ştatının Caypur şəhərində ildırım vurması nəticəsində 11 nəfər ölüb, 8 nəfər yaralanıb.

E-saglam.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bütün qurbanlar 12-ci əsrdə Amber XII əsr şəhər qalasındakı gözətçi qülləsinin zirvəsində selfi çəkdirənlərdir. Ölənlərin əksəriyyəti gənclərdir. 

Hindistanda iyun ayından sentyabra qədər musson yağışları mövsümüdür. 

Rəsmi məlumata görə, ölkədə ildə ildırım vurması nəticəsində 2 minə yaxın adam həlak olur./lent.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun