Tibbi xəbərlər
İnsan başını transplantasiya etmək mümkün olacaq
Tibbi xəbərlər
923

İnsan başını transplantasiya etmək mümkün olacaq

Amerikalı alimlər bir neçə ildən sonra insan başının transplantasiya edə biləcəklərini açıqlayıblar.

E-saglam.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, bu, 8 ildən sonra mümkün olacaq.

ABŞ-da insan başının donorun bədəninə köçürülməsi üzrə uğurlu iş elan ediblər. Alimlər insanın başını donorun bədəninə köçürməyə imkan verəcək cihaz yaradırlar. Bu, sağalmaz xərçəng, iflic, neyrodegenerativ xəstəliklərdən - Alzheimer və Parkinson xəstəliklərindən əziyyət çəkən xəstələri xilas edəcək.

Əminliklə bildirilir ki, yaxın səkkiz il ərzində insan başının transplantasiyası sistemi yaradıla bilər.(Lent.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun