Sağlamlıq
Kondisioner işləyən otaqdan küçəyə
Sağlamlıq
136

Kondisioner işləyən otaqdan küçəyə qəfil çıxmayın

Kondisioner bəzi insanların istiliyə həssaslığını artıra bilər.

E-saglam.az xəbər verir ki, bu barədə N.I.Rusiya Gerontoloji Elmi və Klinik Mərkəzinin direktoru Olqa Tkaçeva xəbərdarlıq etdi.

Onun sözlərinə görə, insan kondisioneri işləyən otaqdan küçəyə çıxanda güclü temperatur kontrastına görə istilik vura bilər. "Bu, xüsusilə ürək-damar xəstəlikləri olan və termorequlyasiya pozulmuş yaşlı insanlar üçün təhlükəlidir", - deyə gerontoloq əlavə edib. Onlar üçün, həkim izah etdi, temperatur fərqi qan təzyiqinin artmasına və qan damarları ilə bağlı digər problemlərə səbəb ola bilər.

Bunun qarşısını almaq üçün Tkaçeva kondisioneri elə qurmağı məsləhət gördü ki, xarici və qapalı temperaturlar arasındakı fərq 5-7 dərəcədən çox olmasın.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun