Mütəxəssis məsləhət görür ki, pendir istehlakı zamanına daha çox diqqət yetirmək lazımdır.
E-saglam.az xəbər verir ki, NHS cərrahı Karan Rajan məhsulun yuxuya necə təsir etdiyini izah etdi.
O, yatmazdan əvvəl pendirin kabuslara səbəb olması ilə bağlı mifi dağıtdı, lakin gecə qəlyanaltısının yuxunu poza biləcəyini təsdiqlədi. Məhsulun yüksək yağ tərkibi həzm pozğunluğuna səbəb olur, bu da gecə istirahətini fasilələrlə edir. Üstəlik, yaşlı pendirlərin tərkibindəki tiramin stress hormonlarının ifrazını stimullaşdırır, ayıqlığı artırır.
Bununla belə, pendirdə melatonin istehsal etməyə kömək edən bir amin turşusu olan triptofan da var. Bu o deməkdir ki, az miqdarda o, hətta yuxu keyfiyyətini yaxşılaşdıra bilər.
Axşam yuxusunu yaxşılaşdırmaq üçün albalı, banan, badam yeyə bilərsiniz. Bu arada şokolad, köri və çipsdən uzaq durmalısınız.
Tərcümə: Könül Oruc