Sağlamlıq
Kassa çeklərinin yaratdığı təhlükəli xəstəliklərin adları
Sağlamlıq
168

Kassa çeklərinin yaratdığı təhlükəli xəstəliklərin adları açıqlanıb

Həkim Tania Elliott xəbərdarlıq edib ki, mağazalardan kassa çekləri təhlükəli xəstəliklər yarada bilər.

E-saglam.az xəbər verir ki, o, "Maxima" nəşri ilə söhbətində onların adını çəkib.

"Onlarda bisfenol A, sonsuzluq, hormonal balanssızlıq və hətta bəzi xərçəng növləri kimi problemlərlə əlaqəli bir maddə var", - dedi Elliott.

Lozanna Universitetinin toksikoloqu Nensi Hopf əlavə edib ki, bəzi istehsalçılar bu yaxınlarda birləşməni bisfenol S ilə əvəz ediblər, lakin bu, xəstəlik riskini azaltmayıb.

O, kassa çeklərinə toxunduqdan sonra əlləri yaxşıca yumağı və kimyəvi maddələrin udulmasını sürətləndirdiyi üçün spirt əsaslı dezinfeksiyaedici vasitələrdən çəkinməyi tövsiyə etdi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun