Bədən kütləsi indeksi (BKİ) gözlənilən ömür uzunluğunun qiymətləndirilməsinə təsir edən mühüm meyardır.
E-saglam.az xəbər verir ki, bu barədə “Veçernyaya Moskva” nəşrinə diyetoloq Olqa Romaşina məlumat verib.
Mütəxəssis uzun ömür üçün ideal çəki kimi 18,5-24,9 intervalında olan bədən kütləsi indeksini adlandırıb. Eyni zamanda, onun sözlərinə görə, uzun ömürlü insanlarda bu göstərici çox vaxt normanın yuxarı həddində olur. "Bu, bir qədər artıq çəkinin sağlamlıq üçün faydalı ola biləcəyini göstərə bilər", - dedi Romaşina.
BKİ düsturla hesablanır: kiloqramda çəki metrlə hündürlüyün kvadratına bölünür. Məsələn, 70 kiloqram çəksəniz və boyunuz 1,75 metrdirsə, onda BKİ 22,86 olacaq.
Diyetoloq əlavə etdi ki, BKİ çox vaxt real sağlamlıq göstəricilərini əks etdirmir. Onun sözlərinə görə, idmançıların inkişaf etmiş əzələlərinə görə tez-tez BKİ daha yüksək olur. Bundan əlavə, sağlamlığı qiymətləndirərkən bədənin fərdi xüsusiyyətlərini, fiziki fəaliyyətini və pis vərdişlərin mövcudluğunu qiymətləndirmək vacibdir.
Tərcümə: Könül Oruc