Tibbi xəbərlər
Gənələrdən necə qorunmalı?
Tibbi xəbərlər
183

Gənələrdən necə qorunmalı? Sadə tədbirlər həyat xilas edə bilər

Yay aylarında gənə təhlükəsi artır. Xüsusilə açıq havada daha çox vaxt keçirən insanlar, piknik və kənd yerlərinə səyahət edənlər bu parazitlərə daha çox məruz qala bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, gənələr Krım-Konqo Qanamalı Qızdırması (KKKA) kimi ciddi və həyati təhlükəli xəstəliklərin daşıyıcısı ola bilər. Amma sadə ehtiyat tədbirləri ilə qorunmaq mümkündür.

Gənə dişləməsindən qorunmaq üçün nə etməli?

– Uzunqol, açıq rəngli və bədəni örtən paltar geyinin. Şalvarı corabın içinə salmaq faydalıdır.

– Otlu, meşəlik sahələrdə birbaşa yerə oturmamaq məsləhətdir.

– DEET tərkibli həşərat qovucu spreylərdən istifadə edin

– Gəzintidən qayıtdıqdan sonra bədəninizi diqqətlə yoxlayın. Qulaq arxası, qoltuq altı, qasıq və diz arxası kimi yerlərə xüsusi diqqət yetirin.

– Ev heyvanları da gənə daşıya bilər, onların tükləri də yoxlanılmalıdır.

Gənə bədənə yapışarsa nə etməli?

– Gənəni çılpaq əllə çıxarmağa çalışmayın.

– Cımbızla yavaşca, baş hissəsinə yaxın yerdən tutaraq çıxarın.

– Gənəni spirt, odekolon və digər kimyəvi maddələrlə çıxarmaq olmaz.

– Əgər çıxarmaq mümkün deyilsə və ya əmin deyilsinizsə, dərhal həkimə müraciət edin.

Mütəxəssis xəbərdarlığı: İlk müdaxilə həyat qurtara bilər

Yoluxmuş gənələrdən keçən viruslar bədəndə ağır fəsadlar yarada bilər. Bu səbəblə təbiətə çıxan hər kəs bu tədbirləri vərdiş halına gətirməli və diqqətli olmalıdır. Erkən reaksiya və düzgün müdaxilə mümkün təhlükələrin qarşısını ala bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun