Tibbi xəbərlər
Kosmetoloq Gülsüm Əliyeva jurnalist Qənirə Ataşovanı
Tibbi xəbərlər
259

Kosmetoloq Gülsüm Əliyeva jurnalist Qənirə Ataşovanı məhkəməyə verib

Kosmetoloq Gülsüm Əliyeva jurnalist Qənirə Ataşovanı məhkəməyə verib.

E-saglam.az xəbər verir ki, bu barədə jurnalist özü paylaşım edib.

Qənirə Ataşova dünən məhkəmənin baş tutduğunu və Gülsüm Əliyevanın şikayətinin təmin olunmadığını deyib.

"Tibb diplomu olmadan özünü həkim və cərrah kimi təqdim edən Gülsüm Əliyevanın barəmdə xüsusi ittiham qaydası ilə qaldırdığı məhkəmə işi bu gün Səbail Rayon Məhkəməsində rədd edildi. Xatırladım ki, Gəncədə liposaksiya əməliyyatından sonra həyatı dəyişən Gülbəniz Bayramovanın ölüm işini və əməliyyatın baş tutduğu lisenziyasız VMR klinikasını araşdırdığım dövrdə Gülsüm Əliyeva mənim barəmdə cinayət məsuliyyətinə cəlb olunmağım üçün məhkəməyə müraciət etmişdi. O, məni şər və böhtan atmaqda ittiham edirdi. Məhkəmə iclasına müxtəlif bəhanələrlə gələn Gülsüm Əliyeva gah əllərinin titrədiyini, gah da ürəyinin sıxıldığını deyirdi. Lakin vəkilin ona tutarlı cavabı olub: "Bu qədər həyəcan keçirirsənsə, ölkədə bütün strukturlara niyə Qənirə Ataşova barəsində şikayət edirsən? Sənin dərdin nədir?" Tibb diplomu olmayan Gülsüm isə buna cavab verə bilməyib. Nəhayət, bu gün 4 saat davam edən məhkəmə prosesi nəticəsində hakim Ülviyyə Şükürova Gülsüm Əliyevanın iddiasını əsassız hesab edərək rədd edib", - deyə jurnalist paylaşımında bildirib.

Qeyd edək ki, 2024-cü il sentyabrın 21-də Gülbəniz Bayramova  Gülsüm Əliyevaya liposaksiya əməliyyatı etdirdikdən sonra ölüb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun