Faydalı
KT müayinə niyə rentgendən dəqiqdir?
Faydalı
328

KT müayinə niyə rentgendən dəqiqdir?

Kompüter tomoqrafiyası (KT)-müasir şüa diqnostikasında ən informativ üsullardan hesab olunur. KT bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir. Tomoqrafın skaneri insan bədəninin ətrafında fırlanaraq müxtəlif nöqtələrdə çoxsaylı rentgen şəkilləri çəkilir.

Kompüter tomoqrafiyası (KT) - müasir şüa diqnostikasında ən informativ üsullardan hesab olunur. KT bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir. Tomoqrafın skaneri insan bədəninin ətrafında fırlanaraq müxtəlif nöqtələrdə çoxsaylı rentgen şəkilləri çəkilir.

Daha sonra bu şəkillər kompüter vasitəsilə cəmləşdirilir və işlənilir. Nəticədə müayinə olunan orqan və ya bədən hissələrinin 3 ölçülü təsviri alınır.

Kompüter tomoqrafiya - COVİD-19 infeksiyasının törətdiyi virus mənşəli pnevmoniyanın diaqnostikasında da mühüm müayinə üsuludur. Bəzi hallarda pasiyentlər COVİD-19 infeksiyasından şüphələndikdə birbaşa KT müayinəsinə müraciət edirlər.Lakin bu doğru hal deyil.

Qeyd: KT MÜAYİNƏSİ HƏKİM TƏRƏFİNDƏN TƏYİN EDİLMƏLİDİR!

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun