Tibbi xəbərlər
Laparoskopik nə deməkdir? Laparoskopik əməliyyat
Tibbi xəbərlər
315

Laparoskopik nə deməkdir? Laparoskopik əməliyyat hansı hallarda tətbiq olunur?

Tibbdə texnologiyanın inkişafı ilə cərrahi üsullar da böyük transformasiyaya uğradı. "Laparoskopik" sözü bu transformasiyanın ən diqqət çəkən terminlərindən birinə çevrildi. Beləliklə, laparoskopiya nə deməkdir? Hansı hallarda tətbiq edilir və klassik əməliyyatlardan nə ilə fərqlənir?

E-saglam.az xəbər verir ki, laparoskopik, kiçik kəsiklər vasitəsilə qarın orqanlarına çataraq həyata keçirilən qapalı əməliyyatlara aiddir. Bu üsul ucunda kamera olan "laparoskop" adlı nazik cihazla həyata keçirilir. Laparoskop bədənin içərisinə yerləşdirilir və həkimə daxili orqanları monitorda aydın görmək imkanı verir.

Laparoskopik cərrahiyyənin üstünlükləri

Ənənəvi açıq əməliyyatlarla müqayisədə bir çox üstünlüklər təqdim edən laparoskopik üsula bu gün xüsusilə ginekoloji və həzm sistemi əməliyyatlarında geniş şəkildə üstünlük verilir.

Əsas üstünlükləri bunlardır:

Daha az ağrı: Kiçik kəsiklər sayəsində əməliyyatdan sonrakı ağrı daha azdır.

Qısa xəstəxanada qalma: Xəstələr adətən eyni gün və ya ertəsi gün evə buraxıla bilər.

Tez sağalma: Gündəlik həyata dönüş çox qısadır.

Daha az infeksiya riski: Açıq əməliyyatlara nisbətən daha az risk daşıyır.

Estetik görünüş: Böyük cərrahi çapıqlar yerinə minimal çapıqlar qalır.

Hansı hallarda tətbiq edilir?

Laparoskopik cərrahiyyə bir çox sahədə tətbiq oluna bilər. Ən çox görülən hallar bunlardır:

Öd kisəsinin çıxarılması (laparoskopik xolesistektomiya)

Appendisit əməliyyatı

Yumurtalıq kistinin çıxarılması

Endometriozun müalicəsi

Yırtıq əməliyyatları

Bağırsaq əməliyyatları.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun