Tibbi xəbərlər
Mart ayında iş və istirahət günlərinin yerləri
Tibbi xəbərlər
648

Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirildi

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

E-saglam.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilir.

Qeyd edək ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən, 8 Mart - Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart - Novruz bayramı və 30, 31 mart - Ramazan bayramı iş günləri hesab edilmir.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun