Faydalı
Münasibət üçün partnyor tapma ehtimalını artıran
Faydalı
133

Münasibət üçün partnyor tapma ehtimalını artıran idman növü açıqlandı

Məlum olub ki, bəziləri üçün məşq təkcə fiziki sağlamlıq deyil, həm də yeni münasibətlərə açılan qapıdır.

E-saglam.az xəbər verir ki, tanışlıq xidmətlərinin analitikləri araşdırma apararaq müəyyən ediblər ki, qaçış – münasibət tapmaq ehtimalını artıran ən effektiv idman növüdür.

2025-ci ildə birgə qaçış yeni tanışlıq trendinə çevrilib. Mütəxəssislər vurğulayır ki, bu idman növündə nəticədən çox insanın nə qədər ünsiyyətə açıq olması önəmlidir. Araşdırmalara görə, hazırda dünya üzrə 621 milyondan çox insan mütəmadi olaraq qaçışla məşğul olur və bu, qaçışın nə qədər əlçatan və populyar olduğunu göstərir.

Bu aktivliyin hər il artması həm də qaçış zamanı tanış olan cütlüklərin sayının artmasına səbəb olur. Sosial və fiziki fəaliyyəti birləşdirən bu idman növü, eyni zamanda sağlam münasibətlər üçün də bünövrə yaradır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun