Tibbi xəbərlər
“Oğlan olmayana kimi dayanmayacağıq” - 14 qız anası
Tibbi xəbərlər
317

“Oğlan olmayana kimi dayanmayacağıq” - 14 qız anası

14 qız sahibi 29 yaşlı Latın Amerikalı Avqustina İqera əri Xoseyə oğlan uşağı verənə kimi hamilə qalıb doğmağı qarşısına məqsəd qoyub.

E-saglam.az xəbər verir ki, qadın bundan sonra 10 dənə də qızı olsa, oğlan olmayana kimi dayanmayacağını bildirir.

Hazırda 14 uşağı olan ailə gündə cəmi 3 saat yatır, qalan saatları uşaqlara sərf edir. Ana uşaqlara gündə 9 dəfə yemək hazırlayır.

Böyük qızlarının 14 yaşı var, kiçik qızları 6 aylıqdır.

Uşaqlardan 4-ü əvvəlki nikahdan, 10-u isə ikinci əri Xose ilə nikahındandır.

Avqustina ilk dəfə 15 yaşında hamilə qalıb.

Həkimlər cütlüyün aktivliyindən heyrətə düşüb, onların 3 dəfə əkizləri olub.

Cütlük hələ də oğlan arzusundadırlar. /gent.az/

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun