Xəstəliklər
Orqanizmdə çatışmazlığı ta uşaqlıqdan başlayır:
Xəstəliklər
257

Orqanizmdə çatışmazlığı ta uşaqlıqdan başlayır: Ölümcül ürək xəstəliyinin bir səbəbidir

Yeni araşdırmalar göstərir ki, uşaqlıqda D vitamini çatışmazlığı yetkin yaşda ölümcül ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Finlandiyada 3516 uşaq üzərində aparılan uzunmüddətli tədqiqatda məlum olub ki, D vitamini səviyyəsi aşağı olan uşaqlarda aterosklerotik ürək xəstəliyi riski iki dəfə artır.

D vitamini bədənə əsasən günəş şüaları və bəzi qidalar vasitəsilə qəbul olunur. Onun çatışmazlığı uşaqlarda raxit, böyüklərdə isə əzələ zəifliyi, sümük ağrısı və əhval pozğunluğuna səbəb ola bilər. Xüsusilə 35 nmol/L-dən aşağı səviyyə ürək sağlamlığı üçün ciddi təhlükə sayılır.

Həkimlər uşaqlarda D vitamini səviyyəsinin izlənməsini və ehtiyac olduqda əlavə qəbul edilməsini tövsiyə edirlər. Təbii D vitamini mənbələrinə balıq, yumurta sarısı və zənginləşdirilmiş məhsullar daxildir. Bu tapıntılar D vitamininin yalnız sümük deyil, həm də ürək sağlamlığı üçün nə qədər vacib olduğunu bir daha göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun