Faydalı
Orucun sağlamlığa təəccübləndirici faydaları:
Faydalı
307

Orucun sağlamlığa təəccübləndirici faydaları: Qaraciyərdən həzm sisteminə qədər bərpa

Oruc təkcə dini ibadət deyil, həm də bədəni təmizləyən güclü detoks üsuludur.

E-saglam.az xəbər verir ki, Prof. Dr. Mustafa Tayarın sözlərinə görə, oruc orqanizmi ağır metallar və toksinlərdən təmizləyərək hüceyrələri yeniləyir.

Oruc qaraciyərin istirahət etməsinə və funksiyalarını səmərəli yerinə yetirməsinə kömək edir. Həzm sistemi də fasilə verərək yenilənir, bağırsaqların fəaliyyəti tənzimlənir və həzm problemlərinin qarşısı alınır.

Oruc stressi azaldır, emosional rahatlıq yaradır və mənəvi təmizlənmə üçün fürsət yaradır.

İmsakda yumurta, süd və pendir kimi həzmi yavaş olan qidalar tövsiyə edilir. İftarda isə mədəni yormamaq və kifayət qədər maye qəbul etmək vacibdir.

Oruc təkcə ruhun deyil, bədənin də sağlamlığını gücləndirən təbii bir bərpa prosesidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun