Ötən il dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna 1 milyard 200 milyon manatdan çox pul ayrılıb.
E-saglam.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, əhalinin icbari tibbi sığortalanması üzrə dövlət öhdəliklərinin qarşılanması üçün dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fondunun büdcəsinə 1263,8 milyon manat vəsait yönəldilib.
Bu rəqəm 2022-ci illə müqayisədə 141,1 milyon manat və ya 12,6 faiz çoxdur. / Valyuta.az