Xəstəliklər
Pediatr Aytən İsmayılzadə: “Mədəkiçiltmə əməliyyatı etdirmək
Xəstəliklər
269

Pediatr Aytən İsmayılzadə: “Mədəkiçiltmə əməliyyatı etdirmək intihar etmək kimidir” - FOTO

“Xanımlar, dəyərinizi bilin. Yeyib-içib, kökəlib sonra da bıçağı verirsiz cərraha ki, “Al, mənim mədəmi kəs tulla, bu da üstündə neçə min pul”.

E-saglam.az xəbər verir ki, bu fikirləri pediatr Aytən İsmayılzadə öz sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, mədəkiçiltmə əməliyyatı etdirmək intihar etmək kimidir: “Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək. Öz kefimizdən sağlamlığa cavabdeh olan bir yerimizi kəsirik”.

Pediatr hesab edir ki, problem mədənin böyük olmasında deyil:

"Problem bizim zehnimizdədir. Hər nədən ötrü, əsəbdən, zövqdən və s ötrü yemək... O zehinlə ki, özümüzü kiçik görürük. Heç bircə hüceyrə yarada bilmədiyimiz halda o boyda vacib orqanı hissə-hissə edib atırıq zibilə”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun