Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin respublika ərazisinə idxalına istisna halda icazə verilir.
E-saglam.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 iyul 2007-ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən elmi tədqiqat müəssisələri tərəfindən hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və effektliliyinin araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Dövlət qeydiyyatını keçməmiş dərman vasitələrinin ölkə ərazisinə idxalı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya onun səlahiyyətli qurumu tərəfindən verilən icazə əsasında həyata keçirilir”. / Valyuta.az