Mütəxəssislər bildirirlər ki, limonun yalnız suyu deyil, qabığı da sağlamlıq üçün olduqca faydalıdır.
E-saglam.az xəbər verir ki, xüsusilə dondurulmuş limon qabığı, C vitamini, antioksidantlar və təxminən 25 faydalı birləşmə ilə xərçəng, piylənmə və şəkərli diabet kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
Necə istifadə etməli?
Limonu yaxşıca yuyub bir gecə dondurucuda saxlayın. Ertəsi gün qabığı ilə birlikdə rəndələyin və salatlara, şorbalara, desertlərə və içkilərə əlavə edin. Bu üsul meyvənin heç bir hissəsinin israf olmadan istifadəsinə imkan yaradır.
Tədqiqatlara görə, limon qabığı orqanizmdən toksinləri çıxarmağa kömək edir, dəriyə faydalıdır və bəzi ölkələrdə təbii müalicə vasitəsi kimi istifadə olunur.
Tərcümə: Könül Oruc