Tibbi xəbərlər
Süni intellekt tibbdə "hegemonluq" edir:
Tibbi xəbərlər
340

Süni intellekt tibbdə "hegemonluq" edir: 4 ildə 17 milyon diaqnoz qoyub

Rusiyanın paytaxtı Moskvada süni intellektin tibbdə istifadəsini nəzərdə tutan ilk layihənin nəticələri açıqlanıb.

E-saglam.az xəbər verir ki, “Moskviçmaq” jurnalının xəbərinə görə, süni intellekt son 4 ildə şəhərdə 17 milyon diaqnoz qoyub.

Jurnalın xəbərində deyilir ki, həkimlərin qərar vermə prosesini dəstəkləyən sistemin (SPPVR) sınaqlarına 2019-cu ildə Moskvada başlanılıb.

Moskva merinin müavini Anastasiya Rakova süni intellekt sisteminin köməyi ilə dörd il ərzində 14,4 milyon ilkin diaqnozun qoyulduğunu açıqlayıb. 2023-cü ildə sistem daha da inkişaf etdirildi və süni intellekt indi yekun diaqnozları qoymağa başladı.

Rakovanın sözlərinə görə, Moskvanın tibb müəssisələrində xidmətdən istifadə edilən bir il ərzində 3 milyon son diaqnoz qoyulub.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun