Qidalanma
Tərəvəzlərin kralı sayılır:
Qidalanma
503

Tərəvəzlərin kralı sayılır: Dəmir, C, K və B6 ilə zəngindir, qəbizliyi aradan qaldırır

Tərkibindəki vitaminlər sayəsində vitamin qaynağı olan brokoli bir çox şəkildə yeyilə bilər.

E-saglam.az xəbər verir ki, qida dəyərini itirməmək üçün 5 dəqiqədən çox qaynamamaq məsləhətdir.

BROKOLİNİN FAYDALARI NƏLƏRDİR?

- Tərkibində bol fol turşusu olduğu üçün kolon, mədə və uşaqlıq boynu xərçəngindən qoruyur. Eyni zamanda, brokolinin tərkibində olan sulforafan bədəndən əlavə estrogenləri çıxararaq döş, uşaqlıq və kolon xərçənginə qarşı qoruyucudur.

- Brokoli bağırsaq sağlamlığını dəstəkləyərək qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır.

- Brokolinin tərkibində olan antioksidantlar ümumi infarkt riskini azaldır ürək sağlamlığını dəstəkləyir.

- Ürək xəstəlikləri üçün yüksələn xolesterin və trigliserid səviyyələrinin yaratdığı mənfi risk faktorlarının qarşısının alınmasında təsirlidir.

- Bol C vitamini ehtiva edən brokoli immunitet sistemini dəstəkləyir.

BROKOLİNİ NECƏ İSTİFADƏ ETMƏLİ?

Bir çox fərqli şəkildə yeyilə bilən brokolinin tərkibindəki qida dəyərlərini qorumaq üçün ümumiyyətlə çiy istehlak edilməsi tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun