Həddindən artıq iş kimi görünən yorğunluq bəzən ciddi və ölümcül xəstəliklərin əlaməti ola bilər.
E-saglam.az-ın məlumatına görə, terapevt və tibb elmləri namizədi Andrey Kondrakhin bu barədə “Veçernyaya Moskva” nəşrinə danışıb.
Həkimin sözlərinə görə, xroniki yorğunluq bəzən onkoloji xəstəliklərin, xüsusən də xərçəngin ilk əlaməti olur. Bu simptom spesifik olmadığı üçün insanlar çox vaxt gec reaksiya verir və müalicəyə gec başlayırlar.
Kondraxin yorğunluqla müşahidə olunan digər təhlükəli xəstəliklər arasında sifilis, Lyme xəstəliyi və anemiyanı da qeyd edib.
"Vaxtında müayinədən keçmək çox vacibdir. Hər il ağciyərlərin vəziyyətini yoxlamaq üçün fluoroqrafiya, qadınlar üçün isə altı ayda bir ginekoloji müayinə tövsiyə olunur. Bu, uşaqlıq boynunda ola biləcək yenitörəmələrin vaxtında aşkarlanmasına kömək edir. Kişilər də uroloq müayinəsindən keçərək sidik yollarının sağlamlığını nəzarətdə saxlamalıdır", – deyə həkim bildirib.
Tərcümə: Könül Oruc