Tibbi xəbərlər
Trampın əli yenidən diqqət çəkdi –
Tibbi xəbərlər
14

Trampın əli yenidən diqqət çəkdi – Qançırların səbəbi aspirindir?

ABŞ prezidenti Donald Trampın Oval kabinetdə Cənubi Koreya prezidenti Li Jae Myung ilə görüşü zamanı onun sağ əlindəki tünd qançırlar kameralara tuş gəlib.

E-saglam.az xəbər verir ki, görüntülər Trampın səhhəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Mətbuatda yayılan fotolar onun venadaxili müalicə alması və ya tez-tez qan testlərindən keçməsi ilə bağlı iddialara səbəb olub. Keçən həftə isə 79 yaşlı Trampın əlində makiyajla gizlədildiyi deyilən oxşar izlər diqqət çəkmişdi.

Ağ Ev bununla bağlı açıqlama yayıb. Prezidentin həkimi Sean Barbabella bildirib ki, Trampın əlindəki göyərmələr tez-tez əl sıxması və standart ürək-damar profilaktikası üçün istifadə etdiyi aspirinlə əlaqədardır. Onun sözlərinə görə, bu, aspirin terapiyasının tanınmış və zərərsiz yan təsirlərindəndir.

Trampın keçmiş həkimi, nümayəndə Ronny Jackson isə onun hələ də “ölkənin gördüyü ən sağlam prezident” olduğunu iddia edib.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karoline Leavitt ötən ay Trampa “xroniki venoz çatışmazlıq” diaqnozu qoyulduğunu açıqlamışdı. Bu vəziyyətin 70 yaşdan yuxarı insanlarda geniş rast gəlindiyi, prezidentin ümumi sağlamlıq durumunun isə yaxşı olduğu bildirilib.

Tramp daha əvvəl də müxtəlif beynəlxalq görüşlərdə əlində və üzündə makiyajla müşahidə olunmuşdu.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun