Tibbi xəbərlər
Ürək-damar sistemi xəstəliyi olanlara nələr yemək -
Tibbi xəbərlər
1483

Ürək-damar sistemi xəstəliyi olanlara nələr yemək - olar-olmaz?

Ürək-damar sistemi xəstəliyi olan adamlara aşağıdakıları yemək olmaz:

E-saglam.az həmin qidaların siyahısını təqdim edir: 

▪️ təzə ağ çörək
▪️ ət, balıq, göbələk bulyonları
▪️ ördək, qaz əti
▪️ qaraciyər
▪️ xaş
▪️ hisə verilmiş qidalar
▪️ ət konsevləri
▪️ balıq kürüsü
▪️ qızardılmış yumurta
▪️ turşular
▪️ sarımsaq, acı bibər, istiot, ədviyyatlar
▪️ çay, kofe

Bəs belə xəstələrə nələri yemək olar?

▪️ II növ buğda unundan duzsuz çörək
▪️ vegeteryan şorbaları (kartof, yerkökü, göyərti, müxtəlif tərəvəzlərlə birgə)
▪️ qızardılmamış, yağsız quzu, mal, toyuq, hind quşu əti
▪️ süd və süd məhsulları
▪️ gün ərzində 1 ədəd soyutma yumurta
▪️ təzə tərəvəzlərdən müxtəlif salatlar
▪️ meyvə şirələri, bitki dəmləmələri
▪️ şit kərə və bütün növ bitki yağları.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun