Tibbi xəbərlər
ABŞ 500 milyon dollarlıq mRNA peyvəndi layihələrini
Tibbi xəbərlər
136

ABŞ 500 milyon dollarlıq mRNA peyvəndi layihələrini dayandırır

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti (HHS), Biotibbi Qabaqcıl Araşdırma və İnkişaf Təşkilatının (BARDA) icra etdiyi mRNA peyvəndi proqramlarının mərhələli şəkildə dayandırılacağını açıqlayıb.

E-saglam.az-ın məlumatına görə, bu qərar təxminən 500 milyon dollar dəyərində 22 layihəni əhatə edir.

Rəsmi bəyanatda bildirilir ki, COVID-19 pandemiyası dövründə başlanan mRNA investisiyaları hərtərəfli qiymətləndirməyə məruz qalıb və nəticədə bir sıra müqavilə və tenderlərin ləğvinə qərar verilib. Bununla belə, vurğulanıb ki, bu addım yalnız BARDA-nın mRNA peyvəndi təşəbbüslərinə aiddir və mRNA texnologiyasının digər tibbi və elmi sahələrdə istifadəsinə təsir etməyəcək.

ABŞ-ın Səhiyyə Naziri Robert F. Kennedi kiçik mRNA vaksinlərinə qarşı sərt mövqeyi ilə tanınır. Son olaraq, prezident Donald Trampın administrasiyası Moderna şirkətinə verilmiş 766 milyon dollarlıq dəstəyi də ləğv edib.

Bu qərar, pandemiya dövründə böyük ümidlərlə başlanmış texnologiyanın gələcək istiqamətləri ilə bağlı yeni suallar doğurur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun