Sağlamlıq
İsti havada plastik butulkalardan su içmək təhlükəlidir -
Sağlamlıq
95

İsti havada plastik butulkalardan su içmək təhlükəlidir - xərçənglə əlaqələndirilir

Yay aylarında plastik butulkalardan soyuq su içmək təravətləndirici seçim kimi görünsə də, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığını bildirirlər. Xüsusilə 30 dərəcədən yuxarı temperaturda günəşə məruz qalan plastik butulkalar suya zərərli kimyəvi maddələr buraxa bilər.

E-saglam.az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, birdəfəlik su butulkalarında geniş istifadə olunan polietilen tereftalat (PET) istiliyə davamlı deyil. Günəş altında və ya isti şəraitdə qalan bu qablar zamanla kimyəvi quruluşunu dəyişə bilər və suya zərərli uçucu üzvi birləşmələr (VOC) daxil edə bilər. Çinin Jinan Universitetində aparılmış araşdırmalarda bu birləşmələr arasında xərçənglə əlaqələndirilən n-heksadekan da aşkarlanıb.

Hormon pozğunluğu və xərçəng riski

İstiyə məruz qalan plastik yalnız VOC deyil, həm də bisfenol-A (BPA), ftalatlar və sürmə kimi hormon balansını poza bilən maddələri də suya sala bilər. Bu maddələrin immun sistemini zəiflədərək xərçəng riskini artırdığı vurğulanır.

Su şəffaf olsa da, təhlükə görünməzdir

Ən təhlükəli məqam isə ondan ibarətdir ki, bu kimyəvi maddələrin suya keçməsi dad və qoxuda hiss olunmur. İnsanlar zərərli maddələrin fərqinə varmadan həmin suyu içir və zamanla orqanizmdə toplanan bu maddələr sağlamlıq problemlərinə səbəb ola bilər.

Nə etməli?

Mütəxəssislər isti havalarda plastik butulkalardan su istifadə edərkən bu tövsiyələrə əməl etməyi məsləhət görür:

  • Günəş altında qalmış şüşələri almayın.

  • Avtomobildə su butulkası saxlamayın.

  • Birdəfəlik butulkaları təkrar istifadə etməyin.

  • Mümkünsə, şüşə və ya paslanmayan poladdan olan qabları seçin.

Bu sadə tədbirlər zərərli kimyəvi maddələrin orqanizmə keçmə riskini azaldaraq sağlamlığınızı qoruya bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun