Xəbərlər
Yaponiyada robot heyvan çılğınlığı:
Xəbərlər
76

Yaponiyada robot heyvan çılğınlığı: "Onun 4 milyon şəxsiyyəti var"

Yaponiyada Casio Computer Co. tərəfindən hazırlanmış tüklü robot ev heyvanı Moflin, süni intellekt texnologiyası ilə qısa müddətdə istifadəçilərin sevimlisinə çevrilib. Bu kiçik robot, insanla qarşılıqlı əlaqə əsasında öz şəxsiyyətini inkişaf etdirə bilir.

E-saglam.az-ın məlumatına görə, Moflin 4 milyondan çox fərqli şəxsiyyət xüsusiyyətinə malik ola bilər. İstifadəçilə nə qədər çox ünsiyyətdə olarsa, onu daha yaxşı tanıyır və vərdişlərini öyrənir. Danışmaq, qucaqlaşmaq və sığallamaq kimi qarşılıqlı münasibətlər Moflinin emosional reaksiyalar formalaşdırmasına səbəb olur.

Məhsulun əsas hədəf auditoriyası qadınlardır. Layihə rəhbəri Erina Ichikawa bildirib ki, robot ilk növbədə çətin günlərdə insanlara yoldaşlıq etmək üçün yaradılıb. Mühəndislərin şirin heyvan davranışlarını təqlid edən prototipi təqdim etməsi ilə layihə sürətlə inkişaf edib.

Moflin 2024-cü ilin noyabrında satışa çıxarılıb və qısa zamanda 7000-dən çox satılaraq şirkətin gözləntilərini üstələyib. Xüsusilə 30-40 yaş arası qadınlar arasında məşhurdur. Bəzi istifadəçilər hətta Moflini həftə sonu səyahətlərinə belə aparır.

Casio-nun sözlərinə görə, hər Moflin fərqli şəxsiyyət nümayiş etdirir – onlar real heyvanlar kimi öz duyğularını, yuxu dövrlərini və reaksiyalarını inkişaf etdirirlər. Bu isə texnologiyanın emosional bağlar qurmaqda da yeni imkanlar yaratdığını göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun