Sağlamlıq
Alimlər beynin fəaliyyətini yaxşılaşdıran
Sağlamlıq
99

Alimlər beynin fəaliyyətini yaxşılaşdıran kokteyl hazırlayıblar

Cənubi Florida Universitetinin (USF Health) tədqiqatçıları Alzheimer xəstəliyi və demansın digər formaları riskini azalda bilən çoxştamalı probiotik kokteyl hazırlayıblar. Əsas fəaliyyət mexanizmi neyrodegenerativ proseslərlə əlaqəli olan bağırsaqda iltihabı azaltmaqdır.

E-saglam.az-ın məlumatına görə, Doktor Hariom Yadavın rəhbərliyi altında hazırlanmış faydalı bakteriyaların xüsusi seçilmiş qarışığı siçanlar üzərində aparılan təcrübələrdə ümidverici nəticələr göstərib. Probiotik verilən heyvanlar yaddaş və oriyentasiya testlərində təkmilləşdirilmiş idrak qabiliyyətlərini nümayiş etdirdilər.

Alimlər aşkar ediblər ki, sızan bağırsaq, zərərli maddələrin qan dövranına daxil olması, beyinə çatan sistemik iltihabı tətikləyir. Bu, neyronları zədələyir və demansın inkişafını sürətləndirir. Probiotik kokteyl bağırsaq baryerini gücləndirir, iltihablı zülalların səviyyəsini azaldır və qan-beyin baryerini qoruyur.

İnsanlarda effektivliyi təsdiqləmək üçün klinik sınaqlara ehtiyac olsa da, tədqiqatın müəllifləri gələcəkdə mikrobiomun korreksiyası vasitəsilə neyrodegenerativ xəstəliklərin qarşısını almaq üçün sadə və təhlükəsiz üsul təklif etmək niyyətində olduqlarına nikbindirlər.

Tədqiqat "Nature Scientific Reports" jurnalında dərc olunub. 

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun