Tibbi xəbərlər
Ağcaqayın tozcuğuna allergiyası olan insanlar üçün
Tibbi xəbərlər
138

Ağcaqayın tozcuğuna allergiyası olan insanlar üçün bu giləmeyvə də təhlükəlidir

Ümumi praktik həkim Yelena Pavlova xəbərdarlıq edib ki, ağcaqayın tozcuğuna qarşı allergiyası olan insanlar üçün çiyələk təhlükəli ola bilər.

E-saglam.az xəbər verir ki, o, bildirib ki, çiyələk və ağcaqayın arasında çarpaz allergik reaksiya mümkündür.

"Əgər bir insan ağcaqayın tozcuğuna qarşı allergikdirsə, çiyələk yedikdə də oxşar reaksiya verə bilər. Çünki bu bitkilərdəki zülallar bir-birinə bənzəyir", – deyə həkim izah edib.

Pavlovanın sözlərinə görə, bu vəziyyət yalnız çiyələkdə deyil, alma, armud, şaftalı, ərik, albalı, gavalı, kivi və avokado kimi digər meyvələrdə də müşahidə oluna bilər.

Çarpaz allergiyanın əlamətləri əsasən aşağıdakılardır:

- Ürtiker (qızartı və səpgilər)

- Burun axması

- Göz qaşınması və sulanma

Əgər bu əlamətlər baş verərsə, ya bu meyvələrdən uzaq durmaq, ya da onları yeməzdən əvvəl antihistaminik qəbul etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun