Xəbərlər
Ağıllı saatlardakı gerçək üzə çıxdı:
Xəbərlər
72

Ağıllı saatlardakı gerçək üzə çıxdı: düzgün ölçə bilmirlər

Hollandiyanın Leiden Universitetində aparılan araşdırma ağıllı saatların stress səviyyəsini dəqiq ölçmədiyini ortaya çıxardı.

E-saglam.az-ın məlumatına görə, üç ay ərzində 800 gənc yetkin "Garmin Vivosmart 4" ağıllı saatlarla izlənildi. İştirakçılar gündə dörd dəfə stress, yorğunluq və yuxu vəziyyətləri barədə məlumat verdilər. Nəticədə, ağıllı saatların göstərdiyi stress dəyərləri ilə iştirakçıların öz bəyannamələri arasında “demək olar ki, sıfır” əlaqə olduğu müəyyən edildi. Hətta iştirakçıların dörddə biri stressli olduqlarını bildirərkən saatlarda bunun əksi qeydə alındı.

Araşdırma yorğunluq ölçmələrinin bir qədər daha dəqiq olduğunu göstərsə də, yuxu məlumatlarının yalnız yatma vaxtını əks etdirdiyi, yuxu keyfiyyəti barədə isə birbaşa məlumat vermədiyi vurğulandı.

Mütəxəssislər bildirir ki, ağıllı saatlar tibbi cihaz deyil və emosional vəziyyəti yalnız ürək ritminə əsasən qiymətləndirmək mümkün deyil. Ürək ritmi təkcə stressdən deyil, həm də həyəcan və sevincdən arta bilər.

Tədqiqatın nəticələri “Psixopatologiya və Klinik Elm” jurnalında dərc olunub və istifadəçilərə “ağıllı saatlarınıza kor-koranə güvənməyin” xəbərdarlığı edilib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun