Tibbi xəbərlər
İri doğulan körpədə
Tibbi xəbərlər
5

İri doğulan körpədə diabet riski

Hamiləlik dövründə həddindən artıq çəki artımı həm ananın, həm də körpənin sağlamlığı üçün ciddi risklər yaradır.

E-saglam.az-ın məlumatına görə, bu vəziyyət gestasion diabet, yüksək qan təzyiqi və keysəriyyə ehtimalını artırmaqla yanaşı, körpənin böyük doğulmasına və sonrakı həyatda diabet riskinin yüksəlməsinə səbəb ola bilər.

Doğum və ginekologiya mütəxəssisi Dr. İlgi Esen bildirir ki, hamiləlikdə ideal çəki artımı ananın hamiləlikdən əvvəlki bədən kütlə indeksi ilə müəyyən edilir. İlk trimestrdə 1–2 kiloqram, ikinci və üçüncü trimestrlərdə isə qalan çəkinin bərabər şəkildə alınması tövsiyə olunur. Normal çəkidə olan qadınlar üçün ümumi artım 11–16 kiloqram, çəkisi az olanlar üçün 12–18 kiloqram, artıq çəkisi olanlar üçün isə 5–11 kiloqram aralığında olmalıdır.

Dr. Esen hamiləlikdə həddindən artıq kilo almanın gestasion diabet, hamiləlik hipertoniyası, vaxtından əvvəl doğuş və doğuş travması riskini artırdığını qeyd edir. Gestasion diabet diaqnozu qoyulan qadınlarda doğuşdan sonra şəkərli diabet inkişaf ehtimalı 50 faiz çox olur.

O, hamiləlikdə Aralıq dənizi pəhrizinin ən uyğun seçim olduğunu, ət, balıq, toyuq və tərəvəzin balanslı şəkildə qəbulu ilə həm ana, həm də körpə üçün lazım olan vitamin və mineralların təmin edilə biləcəyini vurğulayır.

Mütəxəssis, risk faktoru olmayan hamilələr üçün gündəlik gəzinti, üzgüçülük, prenatal pilates və yoqa kimi məşqlərin faydalı olduğunu, lakin “iki nəfərlik yemək” anlayışının səhv olduğunu bildirir. Bu dövrdə balanslı qidalanmaq, kifayət qədər su içmək, işlənmiş qidalardan uzaq durmaq və ana südü ilə qidalanma zamanı qəfil pəhrizlərdən çəkinmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun