Sağlamlıq
Evlərə verilən sularda
Sağlamlıq
132

Evlərə verilən sularda beyin yeyən amöb tapıldı

Avstraliyanın su təchizatında beyinə düşərək onu yeyən amöb aşkar edilib.

E-saglam.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Qeyd edilib ki, Kvinslendin cənub-qərbində içməli suda ağır beyin xəstəliyinə səbəb olan təhlükəli amöb- "Naegleria fowleri" tapılıb. 

"Bu barədə ictimai sağlamlığa dair məsələdən insanlara xəbərdarlıq edən "Murve qraflığı Şurası məlumat verib. Səlahiyyətlilərin məlumatına görə, amöb Çarleville və Auqatella şəhərlərinin su təchizatı sistemlərində tapılıb. Təhlükəli mikroorqanizm təbiətdə təmizlənməmiş şirin suda və torpaqda +25 ilə +40 °C arasında olan temperaturda olur. İnfeksiya yalnız belə çirkli su buruna daxil olduqda mümkündür. Məsələn, amöblü suda çimmək və ya üz-gözü yumaq zamanı risk yüksəkdir. Belə suda yemək bişirmək və ya qab yumaq elə də təhlükə yaratmır", - nəşr yazıb.

Mütəxəssislər deyiblər ki, amöblə bağlı simptomlar bir həftə ərzində inkişaf edir və özündə yüksək hərarət, şiddətli baş ağrısı, boyun sərtliyi, çaşqınlıq, daha çox yuxulamaq hissi, boğaz ağrısı, ürəkbulanma, qusma, dad və qoxu itkisi, qıcolmaları əhatə edir.

Murve qraflığı Şurasının icraçı direktoru Brus Skott sakinləri sakit olmağa və hökumətin tövsiyələrinə əməl etməyə çağırıb. Queensland Səhiyyə sözçüsü isə bildirib ki, qəsəbəyə verilən suyu içmək üçün təhlükəsizdir, lakin insanlar bu suyu buruna vurmaqdan çəkinməlidirlər.

İqtisadiyyat.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun