Sağlamlıq
Yapon yürüşü edin,
Sağlamlıq
15

Yapon yürüşü edin, sağlam yaşayın!

Yapon gəzintisi az səylə yüksək təsir göstərən, həm fiziki, həm də ruhi sağlamlığa faydalı bir üsuldur.

E-saglam.az-ın məlumatına görə, 2007-ci ildə Yaponiyada hazırlanmış bu metod 3 dəqiqə sürətli, ardınca 3 dəqiqə yavaş yerimək prinsipi ilə işləyir və 30 dəqiqə davam edir.

Araşdırmalar göstərib ki, fasiləli yeriş ayaq əzələlərini gücləndirir, fiziki hazırlığı artırır, qan təzyiqini azaldır və idrak funksiyasına, yuxu keyfiyyətinə müsbət təsir göstərir.

Təxminən 20 il sonra bu üsul sosial şəbəkələrdə, xüsusən TikTok-da yenidən məşhurlaşıb.

Mütəxəssislərə görə, Yapon gəzintisi ürək-damar sağlamlığını gücləndirir, insulin həssaslığını artırır, piylənməyə və yüksək təzyiqə qarşı təsirli dəstəkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun