Sağlamlıq
Çuğundur suyunun qan təzyiqinə təsiri:
Sağlamlıq
95

Çuğundur suyunun qan təzyiqinə təsiri: azaldır, yoxsa artırır?

İngiltərənin Exeter Universitetində aparılan yeni araşdırma göstərib ki, çuğundur suyu cəmi bir neçə qurtumla qan təzyiqini aşağı sala, damar sağlamlığını yaxşılaşdıra və bədəndəki iltihabı azalda bilər.

E-saglam.az-ın məlumatına görə, bunun səbəbi çuğundurun yüksək miqdarda təbii nitrat ehtiva etməsidir. Nitratlar bədəndə azot oksidinə çevrilərək damarları genişləndirir və qan təzyiqini tənzimləyir.

Tədqiqat həmçinin çuğundur suyunun ağız mikrobiomunda iltihabı azaltdığını göstərib. Professor Andy Jones-un sözlərinə görə, bu təsir ürək-damar xəstəliklərinə qarşı qoruyucu rol oynayır. Araşdırma zamanı 20–40 yaş arası hər 10 nəfərdən biri, 50–60 yaş arası isə hər 10 nəfərdən beşi yüksək təzyiq problemi ilə üzləşib.

Mütəxəssislər qeyd edir ki, dərman müalicəsi əsas üsul olsa da, qidalanma və həyat tərzi dəyişiklikləri mühüm rol oynayır. Bu baxımdan, az miqdarda çuğundur suyunun müntəzəm qəbulu qan təzyiqini tarazlaşdırmaq və damar sağlamlığını qorumaq üçün əlçatan və təsirli üsullardan biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun