Gözəllik-dəb
Alimlər Botoksun gözlənilməz
Gözəllik-dəb
89

Alimlər Botoksun gözlənilməz yan təsirini aşkar etdilər

Yeni araşdırmalar göstərib ki, Botoks təkcə qırışlara qarşı deyil, başqa təsirləri ilə də seçilir.

E-saglam.az xəbər verir ki, əvvəlcə çarpaz gözlər problemini müalicə etmək üçün yaradılan bu dərman, zamanla əzələ spazmları, miqrenhəddindən artıq tərləmə kimi şikayətlər üçün də istifadə olunmağa başlayıb.

Avstraliyalı alimlər Botoksun necə təsir etdiyini daha dərindən anlamaq üçün yüksək dəqiqlikli mikroskopiyadan istifadə ediblər. Onlar müəyyən ediblər ki, Botoks sinir və əzələ hüceyrələri arasındakı əlaqəni bloklayır. Bu, hüceyrələrin səthindəki xüsusi reseptorlar kompleksi vasitəsilə baş verir.

Araşdırmanın müəllifi professor Fredric Meunier bildirib:

“Toksin bu hüceyrə kompleksinə daxil olaraq, sinir hüceyrələrinin mesaj ötürmək üçün istifadə etdiyi kimyəvi maddələrin qarşısını alır.”

Bu yeni kəşf, botulizm kimi ciddi və bəzən ölümcül olan bakterial infeksiyanın müalicəsi üçün də yeni yollar aça bilər. Botulizm adətən düzgün saxlanmayan qidalar vasitəsilə orqanizmə daxil olan toksinlərlə bağlıdır.

Araşdırma Botoksun tək kosmetik vasitə deyil, həm də tibbi sahədə daha geniş imkanlara malik olduğunu göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun