Tibbi xəbərlər
Alimlər sübut ediblər ki, günorta yatmaq beynin
Tibbi xəbərlər
191

Alimlər sübut ediblər ki, günorta yatmaq beynin qocalmasını ləngidə bilər

Bu yaxınlarda aparılan bir araşdırma, gündüz yuxusunun beyninizin qocalma sürətini yavaşlada biləcəyini və onu orta və qocalıq dövründə sağlam və aktiv saxlaya biləcəyini göstərdi.

E-saglam.az xəbər verir ki, London Universitet Kollecindən bir qrup elm adamı gündüz yuxusunun beynin qocalma sürətini ləngidə, onu sağlam və aktiv saxlaya biləcəyini təsbit etdi. Tədqiqat 40-69 yaş arası təxminən 379.000 insanın məlumatlarından istifadə edib.

Professorlar bəzi insanların bu təcrübəyə genetik meylini müəyyən edə biliblər. Doktor Qarfild onların beyin maddəsinin həcmini müqayisə etdi.

Nəticələr göstərdi ki, vərdişlə yatanların beyinləri orta hesabla 1,3 faiz daha böyükdür, yəni onlarda daha çox həyati sinir hüceyrələri var, bu da demans riskini azaldır və onları daha gənc göstərir.

İstirahət üçün optimal vaxt günün birinci yarısında 30 dəqiqədən çox deyil. Bu, gecə yuxusunun olmamasından və mümkün stressdən qorunmağa kömək edəcəkdir.

Qəzetin aparıcı müəllifi Valentina Paz qeyd edib ki:

"Adi olaraq gündüz mürgüləyən insanlarda ümumi beyin həcminin daha böyük olması, təxminən 2,6 ilə 6,5 yaş arasındakı yaş fərqinə bərabərdir. Yəni, mürgüləyənlərin beyni yaş baxımından daha gənc görünür."

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun