Faydalı
Alimlərə görə bu aromatik bitki 30 dəqiqədən az vaxtda
Faydalı
241

Alimlərə görə bu aromatik bitki 30 dəqiqədən az vaxtda yuxuya getməyə kömək edir

Yuxusuzluqdan əziyyət çəkirsinizsə, çarə dərmanlarda deyil, fincanınızda ola bilər.

E-saglam.az-ın verdiyi məlumata görə, alimlər bildirir ki, çox tanınmış bir bitki həm sakitləşdirir, həm də daha tez yuxuya getməyə kömək edir. Və bu dəfə söhbət çobanyastığından yox, nanədən gedir.

Səudiyyə Ərəbistanının Taibah Universitetində aparılan araşdırmada nanə çayının yuxuya təsiri öyrənilib. 22 yaş ortalamasına sahib 124 tələbə üzərində aparılan tədqiqatda bir qrup hər gecə yatmazdan 30 dəqiqə əvvəl 250 mq nanə dəmləməsi içib. Digər qrup isə fərqli bitki çayı qəbul edib.

Dörd həftənin sonunda:

  • Nanə içənlərin yarısı özünü "yaxşı yatan" kimi qiymətləndirib,

  • 10% daha az yuxusuzluq yaşayıb,

  • 20% stress və narahatlığın azaldığını bildirib,

  • 18% yaddaşlarının yaxşılaşdığını deyib.

Digər qrupda isə yuxusuzluq bir qədər artıb.

Ev şəraitində sadə resept

Bu üsulu evdə də asanlıqla sınaya bilərsiniz. Sadəcə:

  • 250 mq təzə və ya qurudulmuş nanə yarpağını qaynar suda 10 dəqiqə dəmləyin

  • Və yatmazdan 30 dəqiqə əvvəl için

Tədqiqatçılar bildirir ki, bu effekt nanənin tərkibindəki sakitləşdirici maddələrlə bağlı ola bilər. Nəticələr ümidvericidir, amma daha geniş araşdırmalara ehtiyac var. Yenə də dərmanlardan əvvəl təbii üsulları sınamaq dəyərlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun