Tibbi xəbərlər
Yüksək İQ-yə malik kişilər daha gec ata olur -
Tibbi xəbərlər
247

Yüksək İQ-yə malik kişilər daha gec ata olur - 900 mindən çox insan araşdırıldı

Ragnar Frisch İqtisadi Araşdırmalar Mərkəzinin alimləri zəkanın məhsuldarlığa necə təsir etdiyini öyrənmək üçün 900 mindən çox norveçlinin məlumatlarını öyrəniblər.

E-saglam.az xəbər verir ki, məlum olub ki, IQ səviyyəsi yüksək olan kişilər aşağı nəticə göstərənlərə nisbətən daha gec ata olublar. Birincisi üçün orta uşaq sahibi olma yaşı 30, ikincisi üçün isə 27 idi.

Təcrübənin böyük müəllifi Ole Rogeberg qeyd etdi:

"Yüksək intellektli insanların təxminən iki övladı var. Atasının IQ səviyyəsi aşağı olan ailələrin adətən bir uşağı olur".

Professorların fikrincə, yüksək rəqabət və tez-tez dəyişən iqtisadi şəraitdə uşaq sahibi olmağı təxirə salmaq ağıllı qərar ola bilər. Çoxları əvvəlcə karyerada özlərini doğrultmağa, sabit gəlir və mövqe əldə etməyə çalışır, daha sonra valideyn olmağı planlaşdırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun