Tibbi xəbərlər
ATU-da bakalavr səviyyəsində
Tibbi xəbərlər
237

ATU-da bakalavr səviyyəsində tibb bacıları hazırlanacaq

Hazırda Azərbaycan Tibb Universitetində bakalavr səviyyəsində tibb bacılarının hazırlanması nəzərdə tutulur.

E-saglam.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, ailə həkimi ilə bağlı da ciddi problemlər var:

“Məsələn bu proqram üzrə rezidenturaya 30 nəfər qəbul olub, amma cəmi 5 nəfər bitirib. Həmin say ailə həkiminə tələbatı ödəmir. Ona görə bu məsələ ilə bağlı yeni layihə hazırlanır”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun